Quş qripi qayıdır

Bəzi Avropa ölkələri quş qripinin yayılma təhlükəsinə qarşı əlavə tədbirlər görür. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Fransanın bir neçə rayonunda sözü gedən xəstəliyə yoluxma riski artsa da, ölkədə ümumi vəziyyət hələlik sabitdir.

Təhlükəsizlik baxımından köçəri quşların miqrasiya marşrutu üzrə yerləşən təsərrüfatlara ev quşlarını qapalı yerlərdə yemləmək göstərişi verilib. Bu qərar Almaniya, Avstriya, Macarıstan və Polşada H5N8 virusuna yoluxma hallarının qeydə alınmasından sonra verilib.

Quş qripi çox sürətlə yayılma riski olduğuna görə, olduqca təhlükəli virus hesab edilir. Quşların bu xəstəliyə yoluxması isə onların ölümü ilə nəticələnir.

Qeyd edək ki, artıq Almaniya və Avstriya hökuməti şəxsi təsərrüfatlara quş qripinə yoluxan bütün növ quşların məhv edilməsini tapşırıb.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR