"Zenit-Arena"nın tikintisində dələduzluq edən erməninin həbsi gözlənilir

Sankt-Peterburq şəhərinin milliyyətcə erməni olan sabiq vitse-qubernatoru Marat Ohanesyana qarşı dələduzluq ittihamı irəli sürülüb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, M. Ohanesyanın ifadə verməkdən imtina etdiyi, yaxın vaxtlarda barəsində həbs-qətimkan tədbirinin seçilə biləcəyi qeyd olunub.

Xatırladaq ki, Marat Ohanesyan “Zenit-Arena” stadionunun tikintisi zamanı dələduzluq etməkdə ittiham olunur. M. Ohanesyana qarşı ittihamları Rusiya Futbol İttifaqının rəhbəri Vitali Mutko da təsdiqləyib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR