Lənkəranda 79 yaşlı kişini maşın vurub öldürdü

Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 20:30 radələrində Ələt-Astara magistralının şəhərin Ləvəngi dairəsindən keçən hissəsində qeydə alınıb.

Ucar rayon sakini, 1981-ci il təvəllüdlü Kənan Vidadi oğlu Qasımovun idarə etdiyi "Grand Tiger" markalı, 90 ZL 306 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, Lənkəran şəhər sakini, 1937-ci il təvəllüdlü Müzəffər Fayaz oğlu Əliyevi vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyib. Mərhumun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran  rayon şöbəsinə göndərilib.

Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR