Obama: "Tramp Rusiya ilə əməkdaşlıqda uğursuzluqla üzləşə bilər"
ABŞ prezidenti Barak Obama Donald Trampı Rusiya ilə əməkdaşlıqda diqqətli olmağa çağırıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Ağ Ev sahibi bu açıqlamanı Berlinə səfəri çərçivəsində verib.
Obama bildirib ki, Rusiya ilə əməkdaşlıq etməkdə pis heç nə yoxdur, amma elə bir məqam yetişə bilər ki, Tramp uğursuzluqla üzləşə bilər: "Rusiya ilə birlikdə işləmək bizim də maraq dairəmizdə olub, bərabər bir çox problemləri qarşılıqlı həll etməyə çalışmışıq. Ümidvaram ki, maraqlar çərçivəsində seçilmiş prezident də Moskva ilə konstruktiv işləyəcək".
Obama əlavə edib ki, Tramp Amerikanın dəyərlərinə qarşı çıxıldıqda beynəlxalq normalar hüdudlarında Moskvaya etiraz etməyə hazır olmalıdır.
Bu arada Almaniyanın kansleri Angela Merkellə görüşündə tərəflər Rusiyaya qarşı tətbiq olunan sanksiyaların qüvvədə qalmasının vacibliyini vurğulayıblar. Buna səbəb kimi yenə də Ukraynanın cənub-şərqində baş verən hadisələr göstərilib.
ABŞ prezidenti Angela Merkeli özünün ən yaxın müttəfiqi adlandırıb. O, alman xalqına xanım kanslerin qədrini bilməyi məsləhət görüb.
Xatırladaq ki, Barak Obama özünün prezident kimi son turnesini noyabrın 18-də Peruda keçiriləcək ASEAN ölkələrinin sammitində iştirakı ilə başa vuracaq.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər