Rusları təhlükə adlandıran ABŞ kəşfiyyatının rəhbəri istefa verdi
ABŞ Milli Kəşfiyyatının direktoru istefa ərizəsi yazıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Ceyms Klepper özü açıqlayıb.
6 ildir bu postda çalışan Klepper son aylar Rusiyanı ABŞ-a qarşı haker hücumlarında ən çox ittiham edən şəxsdir.
O, sentyabr ayından bəri Rusiyanı ABŞ-dakı son prezident seçkilərinə və demokratların elektron poçt ünvanlarına müdaxilədə təqsirləndirib.
Bundan əvvəl isə o, dəfələrlə Rusiyanı ABŞ üçün ən böyük təhlükə olaraq gördüyünü bəyan edib.
O, bildirib ki, istefa ərizəsini vəzifə müddətinin bitməsinə 64 gün qalmış yazıb. O, həmçinin Moskva-Pekin yaxınlaşmasından Vaşinqtonun ehtiyatlanmalı olduğunu bir neçə dəfə dilə gətirib.
Ötən həftə "The Washington Post" qəzeti xüsusi xidmət orqanlarının yüksək vəzifəli əməkdaşına istinadən, sözü gedən qurum əməkdaşlarının ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa məxfi informasiyaya giriş hüququnun verilməsində tərəddüd etdiyi barəsində məlumat yayıb.
Xatırladaq ki, 75 yaşlı Ceyms Klepper Milli Kəşfiyata 2010-cu ildən rəhbərlik edib. Onun kəşfiyyat sistemində iş stajı isə 50 ildir. Bu tarix Vyetnam müharibəsinin başlamasına təsadüf edir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər