Ramil Osmanlı: "Sosial mənzillərlə bağlı şəffaflıq təmin olunacaq"
Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən, "Mənzil İnşaatı Dövlət Agentliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi məqsədilə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sisteminin yaradılacaq və 2017-ci il mayın 1-dən tətbiq ediləcək. Bununla da gələn ildən sosial mənzillərə sahib olmaq üçün müraciətlər başlana bilər.
APA TV-nin xəbərinə görə, bu fərman mənzil probleminin həlli olunması üçün yeni bir mərhələ kimi qiymətləndirilir.
Sosial mənzil almaq istəyən şəxs sistemə daxil olmaqla, şərtlər, hansı sənədlərin tələb edildiyi, mənzillərin qiyməti və digər məlumatlarla tanış ola biləcək.
Əmlak bazarı üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, müraciət etmiş şəxsin elektron kabineti yaradılacaq. Bu isə ona öz müraciəti ilə bağlı prosesi birbaşa izləməyə imkan verəcək. Bundan başqa, şəffaflıq da təmin olunacaq: "Burada vacib olan məqamlardan biri də odur ki, müraciətlər zamanı insanlar özləri, iş yerləri ilə bağlı yanlış məlumatlar verə bilməyəcək. Buna nəzarət edən təşkilat dərhal digər aidiyyəti qurumlara, məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyinin rəsmi saytına daxil olaraq, vətəndaşın gəlirləri, əmək haqqı barədə məlumatlar əldə edə bilər".
Qeyd edək ki, fərman güzəştli mənzilləri ipoteka və xüsusən də sosial ipoteka vasitəsilə əldə edilməsinə imkan verəcək. Güzəştli mənzillər 1, 2 və 3 otaqlı olacaq. Qiymətlərin isə otaqların sayından asılı olaraq ayda 100 manatdan 300 manata qədər olması nəzərdə tutulur.
Qeyd edək ki, güzəştli mənzillər Bakının Yasamal rayonunda olacaq. Eyni zamanda digər şəhər və rayonlarda da tikiləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər