Bakıda lombardları qarət edən dəstə tutuldu
Nəsimi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş Natiq İsayev, Eldəniz Vəliyev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri - Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimov saxlanılıb.
APA TV-nin məlumatına görə, Nəsimi RPİ əməkdaşları tərəfindən Vüqar Səlimov və Feyruz Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların bir neçə oğurluq hadisələrində iştirakı sübut olunub.
Dəstənin bu ilin noyabrın 2-də gecə saatlarında Nəsimi rayonu ərazisində yerləşən lombardlardan birindən oğurluq edərək 9 min manat məbləğində pul və qızıl-zinət əşyaları ələ keçirdiyi də məlum olub.
Göstərilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər