Bakıda doğuş zamanı faciə: beşəmlər ölü doğuldu
Bu gün Respublika Perinatal Mərkəzində beşəm dünyaya gəlib.
Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədovanın APA TV-yə verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Aysel Əzimzadə səhər saat 7:00 radələrində 4 oğlan, 1 qız olmaqla beşəm dünyaya gətirib.
Uşaqlar 24 həftəlik doğulub. Onların çəkisi 200 qramdan 420 qrama qədər olub. Görülən bütün tədbirlərə baxmayaraq, körpələrin hamısı ölü doğulub. Aysel Əzimzadənin anası Tamam Əzimzadə bildirib ki, qızının vəziyyəti normaldır: "Ananı görmüşəm. Vəziyyəti normaldır. Doğuş təbii yolla olub. Həkimlər qeysəriyyə yolu ilə dünyaya gəlmələrini məsləhət görməyib".
Qeyd edək ki, bu, ananın 2-ci hamiləliyi olub. Birinci hamiləlikdə də uşaqlar əkiz olub, onlar inkişafdan qaldıqları üçün vaxtından əvvəl abort olunublar. İkinci hamiləliyə isə ana müalicə üsulu ilə qalıb və hamiləlik boyunca hamiləliyin qorunması üçün müxtəlif dərmanlar qəbul edib. Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədovanın sözlərinə görə, son bir ayda ananın qaraciyər və böyrəyində kəskin surətdə baş verən pisləşmələr nəticəsində onun qanında müəyyən dəyişmələr var. Nəticədə uşaqlar zəif inkişaf etmiş doğulublar, ananın böyrəyinin ə qaraciyərinin kəskin pisləşməsi hamiləliyə öz təsirini göstərib. Ananın sağlamlığının bərpa olunması istiqamətində bütün lazımi tədbirlər görüləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər