Siyəzəndə maşinist köməkçisi qatarın altında qaldı

Siyəzən rayonunda bədbəxt hadisə baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün gecə saatlarında qeydə alınıb.

 

Siyəzən rayonunun Gilgilçay qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşad Qurbanov yıxılaraq qatarın altına düşüb. Ağır bədən xəsarətləri alan maşinist köməkçisi Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Aşağı ətraflarının 3/1 amputasiya olunan yaralının vəziyyəti ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR