Türkiyədə PKK-nı dəstəkləyən bələdiyyə sədrləri işdən qovuldu

Türkiyədə Demokratik Bölgələr Partiyasından seçilən bələdiyyə rəhbərlərinə qarşı keçirilən əməliyyatlar davam edir. APA TV-nin məlumatına görə, 2014-cü il seçkilərində 11 bələdiyyəyə sədrliyi qazanan DBP-HDP  son əməliyyatlardan sonra üç bələdiyyəyə sədrlik edir.

 

Türkiyə Daxili İşlər Nazirliyindən verilən açıqlamada Mardin Böyük Şəhər Bələdiyyəsi sədri Ahmet Türk və həbs olunan Siirt bələdiyyə sədri Tuncer Bakırhan, saxlanılan Van Böyük Şəhər Bələdiyyəsinin sədri Bəkir Kaya və Tunceli Böyük Şəhər Bələdiyyəsinin sədri Mehmet Əli Bulun yerinə qəyyum təyin olunduğu bildirilib.

 

Mardin Böyük Şəhər Bələdiyyəsi sədri Ahmet Türkün yerinə Mardin Valisi Mustafa Yaman, dünən saxlanılan Siirt Böyük Şəhər Bələdiyyəsi sədri Tuncer Bakırhanın yerinə isə Siirt Vali köməkçisi Ceyhun Dildaş təyin olunub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR