Səlim Müslümov: "TSEK-ə gəlmədən əmək qabiliyyətinin itirilmə dərəcəsi qiymətləndiriləcək"
2015-ci ilin 9 ay müddətində Tibbi-Sosial Ekspert komissiyalarında 18 yaşdan yuxarı 134 109, 18 yaşına qədər 17 879 nəfər, ümumilikdə 152 160 nəfər təkrar müayinə üçün qeydiyyatdan keçib.
APA Tv-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransı zamanı deyib.
O bildirib ki, bu ilin 9 ayında bu rəqəm cəmi 12 580 nəfər olub. Bu şəxslər isə daha çox qruplarını dəyişmək üçün gələnlərdir. Artıq 142 min nəfər 5 il müddətində təkrar müayinədən keçməyəcək.
Nazir qeyd edib ki, vətəndaşlar artıq Tibbi-Sosial Ekspert komissiyalarına müayinə üçün də getməyəcək. Dəyişikliyə əsasən, ölkədə olan 37 Tibbi-Sosial Ekspert komissiyalarında hər hansı ilkin və təkrar müayinə həyata keçirilməyəcək: "Mən bir sıra əlilləri qəbul edirdim. Onlar mənə danışırdılar ki, əlilliyin təkrar vaxtı gələndə bizi əsməcə tutur. Biz o komissiyalara gedəcəyik. İndi bu, ümumiyyətlə, aradan qaldırılır. Ümumiyyətlə, insanlar görməyəcək o komissiyaları. Evində oturacaq, ilkin məlumat gedəcək Səhiyyə Nazirliyinin yerli komissiyalarına, nazirlik ötürəcək bizə, bizdən anonim, kodlaşdırılmış şəkildə, məlumat gedəcək komissiyalardan birinə".
Nazir qeyd edib ki, bununla da TSEK-lərdə olan işçilərlə vətəndaşlar arasındakı əlaqə tamamilə aradan qaldırılır.
Tədbirdə iştirak edən səhiyyə nazirinin müavini Elsevər Ağayev əlilliyin qiymətləndirilməsi sisteminin elektron texnologiyalar əsasında təkmilləşdirilməsinin əhəmiyyətindən bəhs edib. O, Əsasnaməyə edilən dəyişikliklərə uyğun olaraq, səhiyyə müəssisələri tərəfindən də aidiyyəti işlərin yerinə yetiriləcəyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər