Bakıda “Təlimin keyfiyyətinin yüksəldilməsi” adlı beynəlxalq konfrans keçirildi
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Bakıda “Təlimin keyfiyyətinin yüksəldilməsi” adlı beynəlxalq konfrans işə başlayıb.
APA TV-nin xəbərinə görə, konfransda çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov Azərbaycan Müəllim İnkişafı Mərkəzinin yeni binasının açılmasını əlamətdar hadisə adlandıraraq, bunun Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na bir töhfə olduğunu qeyd edib.
O, bu cür beynəlxalq konfransların təşkil olunmasının ölkəmizin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi, eləcə də elmin inkişafına verəcəyi dəstəkdən də danışıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Avropa Azərbaycan Cəmiyyətinin ən müxtəlif sahələrdə innovativ fəaliyyətə böyük üstünlük verdiyini söyləyib. O, konfransa hazırlıq prosesi zamanı təhsildə keyfiyyətin inkişafı tezislərinin nəzərə alındığına diqqət çəkərək, bu faktorun əhəmiyyətini vurğulayıb.
Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov dəyişən və qloballaşan dünyada cəmiyyətin təhsilin inkişafı prosesində daha aktiv iştirak etməkdə maraqlı olduğunu bildirərək, bugünkü konfransın da məhz bu maraqdan meydana çıxdığını bildirib.
Konfransın davamında ABŞ-dan olan professor Bill Martinin "Uğura nail olan məktəblər" mövzusunda məruzəsi dinlənilib. Professor məruzəni dinləməyə gələnlər arasında öyrənməyə və öyrəndiklərini tətbiq etməyə həvəsli şagirdlərin olmasından məmnunluğunu ifadə edib.
B.Martin indiyədək dünyanın 40-a yaxın ölkəsində ümumilikdə 80 məruzə ilə çıxış etdiyini bildirib.
Bill Martin - ABŞ-dan olan ekspert: "Azərbaycanda təhsilin keyfiyyətinin artırılmasının qloballaşan dünyadakı önəmini yaxşı anlayırlar. Hesab edirəm ki, təhsildə keyfiyyətin yüksəldilməsi üçün ilk olaraq təhsil proqramları modernləşdirilməli, ardınca müəllimlərin hazırlıq səviyyəsi bu proqramlara uyğunlaşdırılmalıdır. Azərbaycan çox gənc, demokrtatik respublikadır. Bilirsinizmi, bir ölkədə təhsilin inkişaf etdirilməsi üçün yüzilliklər lazımdır. Hesab edirəm ki, zamanla Azərbaycanın təhsili də Avropaya inteqrasiya prosesini uğurla başa çatdıracaq. "
Professor orta təhsildə keyfiyyətin artırılması üçün təlim prosesində gələcəyə baxış, mental modellər, sistemli strukturlar, davranış nümunələrinin nəzərə alınmalı olduğunu qeyd edib.
Konfrans diskussiya şəraitində işini davam etdirib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər