Prezident Kitabxanasında professor Abuzər Xələfovun 85 illik yubileyi qeyd olunub
Prezident Kitabxanasında Azərbaycan kitabxanaşünaslıq elminin banisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin ilk fəxri professoru, Kitabxanaşünaslıq kafedrasının müdiri Abuzər Xələfovun 85 illik yubileyi münasibətilə tədbir təşkil olunub.
APA TV-nin xəbərinə görə, kitabxananın direktoru Mayıl Əhmədov Abuzər Xələfovun Azərbaycan kitabxanaçılığındakı rolundan bəhs edərək bildirib ki, o, Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin əsasını qoyub.
O da vurğulanıb ki, Abuzər Xələfov SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanıb. Professor kitabxanaşünaslıq-biblioqrafiya elmi sahəsində mütəxəssis, elmi-pedaqoji kadrların hazırlığında da əvəzsiz rol oynayıb. O, həmçinin 2 cildlik "Kitabxanaşünaslığa giriş" dərsliyinin müəllifidir.
Tədbirdə çıxış edənlər Abuzər Xələfovun ictimai xadim kimi fəaliyyətinə də diqqət çəkiblər. Qeyd olunub ki, "Şöhrət" ordenli Prezident təqaüdçüsü Abuzər Xələfovun irsi öyrənilməyə layiqdir.
Daha sonra Abuzər Xələfovun həyat və yaradıcılığına həsr olunan foto-slayd nümayiş olunub.
Tədbir çıxışlarla davam edib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər