Suriyada türk ordusuna qarşı vuruşan çexiyalı snayperlər tutuldu
Türkiyənin Şırnak vilayətində yaxalanan 2 YPG terrorçusunun Çexiya vətəndaşı olduğu üzə çıxıb. APA TV-nin məlumatına görə, Şırnak polisinin keçirdiyi əməliyyatda iki Çexiya vətəndaşı yaxalanıb.
Terrorçuların "Serxwebun Botan" kod adlı Miroslav Farkas ilə "Zelane Botan" kod adlı qadın terrorçu Marketa Vselichova olduqları məlum olub.
Terrorçular fransız legion düşərgələrində və alman xüsusi təyinatlılarında YPG tərəfində döyüşmək üçün təlim keçdiklərini etiraf ediblər. Onlar Suriyada fransız legion düşərgələrindən, alman xüsusi təyinatlılarından və ABŞ xüsusi təyinatlılarından çoxlu sayda hərbçi gördüklərini və döyüşlərə birlikdə getdiklərini bildiriblər.
Sərhədi keçərkən saxlanılan Çexiya vətəndaşları YPG-ni silah və sağlamlıq ləvazimatları ilə təmin etmək üçün Avropaya getmək istəyirmişlər. Terrorçu Miroslav Farkas 2015-ci ildən YPG cəbhəsində döyüşdüyü etiraf edib. O terror təşkilatının snayperi olub. Qadın terrorçu Marketa Vslichova isə Avropa-Suriya arasında təşkilatın sağlıq və üzv təminatı ilə məşğul olub.
Hər iki şəxs haqqında məhkəmə həbs qərarı çıxarıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər