Hillari Klinton: "Evdən çölə çıxmaq istəmirəm"

ABŞ-da keçirilən prezident seçkilərində uğur qazana bilməyən Hillari Klinton məğlubiyyətini etiraf etdikdən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, o, yaxından əməkdaşlıq etdiyi Uşaqları Müdafiə Fondunun tədbirinə qatılıb.


Tədbirdə çıxış edən xanım Klinton bir dəfə də olsun seçkilərdəki rəqibi Donald Trampın adını çəkməyib: "Mən etiraf edirəm, bura gəlmək o qədər də asan deyildi. 10 gün əvvəl elə məqamlar oldu ki, bu mənə çox pis təsir etdi. Mən bu günlər ərzində ancaq evdə oldum, yaxşı kitablar oxudum, itlərimlə vaxt keçirdim, heç yerə çıxmaq həvəsim yox idi. Hiss edirəm ki, bu günlər ərzində çox insan özünə bu sualı verib: "Amerika doğrudan da biz düşündüyümüz kimi ölkədir?". Bu seçkilərdə fikir ayrılıqları kifayət qədər idi, amma lütfən məni dinləyin. Amerika bütün yaxşı dəyərlərə layiqdir, bizim uşaqlarımız buna layiqdir. Ölkəmizə inanın, bu dəyərlər uğrunda mübarizə aparın və heç vaxt təslim olmayın".

 

Xatırladaq ki, sabiq "first lady" telekameralar qarşısına makiyajsız çıxıb və olduqca yorğun görünüb.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR