ABŞ prezidenti birbaşa yolla seçilə bilər - QANUNVERİCİLİK TƏŞƏBBÜSÜ
ABŞ Konqresinə prezidentin birbaşa yolla seçilməsinə dair qanun layihəsi təqdim olunub. APA TV-nin məlumatına görə, qanun layihəsini Konqresə Kaliforniya ştatından senator Barbara Bokser təqdim edib. Qanun layihəsi Seçicilər Kollegiyasının ləğvini, prezidentin birbaşa xalq səsverməsi ilə seçilməsini nəzərdə tutur.
Bu təşəbbüs Donald Tramp prezident seçildikdən sonra irəli sürülüb. Senator bildirib ki, ABŞ dünyada daha çox seçici səsi toplayan namizədin qalib hesab olunmadığı yeganə ölkədir. O, Seçicilər Kollegiyası instititunun köhnəldiyini və günün tələblərinə cavab vermədiyini deyib.
Qanun layihəsinin qəbul olunması üçün 7 il ərzində ən azı 39 ştat tərəfindən təsdiqlənməlidir. Bundan başqa layihənin Konqresdə qəbulu ehtimalı da azdır, çünki Konqresin hər iki palatasında respublikaçılar üstünlük təşkil edir.
Xatırladaq ki, noyabrın 8-də keçirilən prezident seçkilərində Donald Tramp 290, Hillari Klinton isə 218 kollegiya üzvünün səsini təmin edib. Ştatlar üzrə Seçicilər Kollegiyasına göndərilən nümayəndələrin sayı ştat əhalisinin sayına görə dəyişir. Məsələn, Vayominq ştatı kollegiyada 3 nümayəndə, Kaliforniya ştatı isə 55 nümayəndə ilə təmsil olunurlar. Son seçkilərin real nəticələrinə görə, Hillari Klinton ölkə üzrə rəqibindən ən azı 1 milyon səs çox toplasa da, prezident seçilə bilməyib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər