Saakaşvili: “Poroşenko məni Ukrayna vətəndaşlığından çıxarmağa hazırlaşır”
Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu növbəti dəfə ittiham edib. APA TV-nin məlumatına görə, Saakaşvili bildirib ki, prezident onu Ukrayna vətəndaşlığından məhrum etməyə hazırlaşır. Bu barədə özünü “Facebook” səhifəsində yazan Saakaşvili qeyd edib ki, məlumatı etibarlı mənbədən alıb.
“Prezident Poroşenko özünün parlament fraksiyasının sədr müavini İqor Kononenko və Prezident Administrasiyasında korrupsiya piramidasının məhkəmə işləri üzrə qeyri-rəsmi kuratoru olan Aleksandr Qranovskiyə tapşırıb ki, mənim məhkəmə yolu ilə Ukrayna vətəndaşlığından məhrum edilməmə dair prosesə hazırlıq görsünlər”.
Saakaşvili bildirib ki, belə bir addımın atılması qanunvericiliyə ziddir: “Beynəlxalq hüquq və Ukrayna qanunvericiliyi başqa vətəndaşlığı olmayan şəxsi vətəndaşlıqdan məhrum etməyi qadağan edir. Təəssüf edirəm ki, prezident nəinki cinayətkar fırıldaqçıların xidmətlərin istifadə edir, hətta onların məsləhətlərinə də qulaq asır”.
Xatırladaq ki, bundan əvvəl Ali Radanın deputatı Vadim Rabinoviç Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etməyə və onu Gürcüstan hakimiyyətinə təhvil verməyə çağırmışdı. Deputat artıq bununla bağlı Ukrayna Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və prezident Poroşenkoya rəsmi müraciət göndərib. Rabinoviç hesab edir ki, Saakaşviliyə vətəndaşlıq verilərkən Ukrayna qanunvericiliyinin müddəaları kobud şəkildə pozulub.
Qeyd edək ki, Mixail Saakaşvili 2015-ci ilin mayında Odessa qubernatoru təyin olunub, bu il noyabrın əvvəllərində isə tutduğu vəzifədən istefa verib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər