Manat bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 16-sı ilə müqayisədə dəyişməyərək 1,7039 manat təşkil edib.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8225 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,11188 manatdır. Beləliklə, funt sterlinq də azalma nümayiş etdirib.

 

Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də ucuzlaşıb. Hazırda 1000 rubl 26 manat 40 qəpik, 100 lirə 51 manat 31 qəpik, 100 lari isə 68 manat 57 qəpikdir.


Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR