ABŞ-ın neft ehtiyatlarının artması “qara qızıl”ı ucuzlaşdırdı
Neftin qiyməti son 10 günün ən yüksək həddinə çatdıqdan sonra yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, son 24 saat ərzində “Brent” markalı neftin maksimum qiyməti 47,44 dollar olub, səhər seanslarında isə qiymətlər 1 dollara yaxın ucuzlaşıb. Hazırda bu markadan olan neft 46,47 dollardan satılır. Qərbi Texas nefti də “Brent” neftini təqibdə davam edir. Dünən 46,27 dollardan satılan WTİ nefti hazırda 45,23 dollardan təklif olunur.
Qiymətlərin sürətlə ucuzlaşmasına ABŞ Enerji İnformasiya İdarəsinin açıqladığı həftəlik hesabat səbəb olub. Hesabata əsasən, ABŞ-ın neft ehtiyatları üçüncü həftəni də artımla başa vurub. Ötən həftə ərzində ABŞ-ın xam neft ehtiyatlarının həcmi 5,3 milyon barel artıb. Analitiklər artımın 1,5 milyon barel olacağını proqnozlaşdırmışdı, Amerika Neft İnstitutu isə ehtiaylatın ən azı 3,7 milyon barel artacağını iddia edirdi. Rəsmi hesabatın bu iddiaları alt-üst etməsi neft bazarında qiymətlərə də mənfi təsir göstərib. Hazırda ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcmi 490,3 milyon barelə çatıb ki, bu da il ərzində ən yüksək göstəricidir.
Sabah Dohada OPEK üzvü ölkələrin qeyri-rəsmi görüşü gözlənilir. Görüşdə karel üzvləri Vyana toplantısı ərəfəsində konsensusa gəlmək imkanını bir daha sınaqdan keçirəcəklər. Əgər fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olsa, OPEK gündəlik hasilatı 32,5 milyon barelədək azaltmalı olacaq. Bu amil treyderlərin nəzərində neftin bahalaşması üçün əsas ümid yeri olaraq alır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər