İŞİD-in xarabalığa çevirdiyi 3300 yaşlı şəhər

İŞİD terror təşkilatından üç gün əvvəl azad edilən Nəmrud şəhərinin görüntüləri yayıb. APA TV-nin məlumatına görə, şəhər xarabalığa çevrilib. Dəclə çayı ətrafındakı qədim şəhər tamamilə dağılıb.

 

Assuriyalılardan qalma bir çox kral məzarının olduğu qədim şəhər tarixdən silinib. Nəmrudda bir dənə də dağıdılmamış abidə qalmayıb.

 

Yerli sakinlər azad edildikdən sonra şəhərə ilk dəfə gələn jurnalistlərə bildiriblər ki, İŞİD terrorçuları bütün abidələri partladıblar.

 

Mosulun cənub-şərqində yerləşən qədim şəhər “Kalhu” da adlandırılır. Tarixi qaynaqlarda şəhərin 3300 il əvvəl salındığı və Assuriya imperatorluğunun paytaxtı olduğu bildirilir.

 

Nəmrud İŞİD tərəfindən 2014-cü illə Mosulla birlikdə nəzarətə alınmışdı. Ötən ilin martında terrorçuların qədim şəhərdə törtədiyi dağıntıların videogörüntüləri yayılmışdı

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR