Kiyevdə “Potap və Nastya” qarşıdurması
Kiyevdə Rusiyada çıxış edən musiqi qrupunun konserti toqquşmalarla müşayiət olunub.
APA TV-nin məlumatına görə, “Potap və Nastya” qrupunun konsertindən əvvəl “Ukrayna” sarayının qarşısında millətçilər etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları konsertin keçiriləcəyi binaya yumurta atıblar. Polis aksiyanın qarşısına almağa çalışarkən toqquşma baş verib.
Polis “Sokol” təşkilatının üzvlərini döyə-döyə ərazidən uzaqlaşdırıb, bir neçə fəal saxlanılıb.
Qeyd edək ki, “Potap və Nastya” qrupunun Çerniqov və Xmelnitsk şəhərlərindəki konsertləri ərəfəsində də insident yaranmışdı. Lvovdakı konsert isə baş tutmamışdı.
Ukrayna millətçilərinin narazılığına qrupun Rusiyada konsertlər verməsi səbəb olub.
OXŞAR XƏBƏRLƏR
17:28
797
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
760
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
770
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2044
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2171
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2146