Bolqarıstan hökuməti istefaya getdi
Bolqarıstan parlamenti baş nazir Boyki Borisovun rəhbərlik etdiyi hökumətin istefasını təsdiqləyib.
APA TV-nin məlumatına görə, Boyko Borisov hökumətinin istefasının lehinə 218 deputat səs verib, 2 nəfər isə bitərəf qalıb.
Baş nazir hakim partiyanın namizədi Çeçka Çaçeva prezident seçkilərində məğlub olduqdan sonra - bazar ertəsi istefa ərizəsini parlamentə təqdim edib. O, ərizəsində bildirib ki, başçılıq etdiyi hökumət Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənənə qədər fəaliyyətini davam etdirəcək.
General Rumen Radevin qalib gəldiyi prezident seçkilərinin nəticələri açıqlandıqdan sonra onun rəqibi Çeçka Çaçeva bəyan edib ki, partiyası lazım bilsə, parlament spikerliyindən gedəcək. O, çərşənbə axşamı vəzifəsini tərk etdiyini bildirib.
Hökumətin istefasından sonra fəaliyyətdə olan prezident Rosen Plevneliyev yeni hökumətin formalaşdırılmasını ən iri parlament partiyası kimi yenə Boyko Borisovun lideri olduğu siyasi təşkilata tapşıracaq. Əgər partiya bundan imtina etsə, hökuməti qurmaq hüququ mandat sayına görə ikinci partiyaya keçəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər