Şəhid gizirimiz Masallıda torpağa tapşırıldı
Noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Aqil Qismət oğlu Məlikovun cənazəsi bu gün doğulduğu Masallı rayonunun Böyük Xocavar kəndinə gətirilib.
APA TV-nin cənub bürosunun məlumatına görə, gizirin dəfn mərasimində doğmaları ilə yanaşı, xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Mərasimdə səslənən çıxışlarda Vətən torpağı uğrunda canından keçən şəhidin qəhrəmanlığından, yurd sevgisindən söz açılıb. Bildirilib ki, Aqil Məlikov 2007-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedib. Xidmətini başa vurduqdan sonra könüllü olaraq cəbhə bölgəsində gizir kimi Vətənə xidmətini davam etdirib. Ötən gün isə cəbhənin Füzuli bölgəsində ermənilərin növbəti təxribatı nəticəsində şəhid olub.
Şəhid gizir kənd qəbiristanlığında torpağa tapşırılıb. Sonda onun xatirəsinə 3 dəfə yaylım atəşi açılıb, tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.
Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən şəhid gizir Aqil Məlikov ölümündən sonra təltif edilməsi üçün "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalına təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər