Qubada iki uşaq atası qətlə yetirildi
Quba rayonunda qətl hadisəsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Barlı kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Ramiz Əhməd oğlu bıçaqlanıb.
O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan R.Məmmədov əməliyyat otağına aparılarkən dünyasını dəyişib.
Quba rayon Prokurorluğundan APA TV-nın yerli bürosuna verilən məlumata görə, prokurorluğun əməkdaşları hadisə yerinə yollanıb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən 55 yaşlı Yusif Babayev saxlanılıb.
Qərib Babayev, kənd sakini: "Mən Qubaya getmişdim, idarəyə çağırmışdılar. Qayıdıb gələndə gördüm ki, bir yığıncaq var. Dedilər, kənddə bir adam bıçaqlanıb. Mən dedim kimdir. Dedilər, Ramiz deyilən oğlan var, onu bıçaqlayıblar. Dedilər Yusif bıçaqlayıb, dəlidir. Amma dəli deyil. Dəlixanaya aparmışdılar onu, bir həftə saxlayıb buraxmışdılar ki, dəli deyil bu adam. İki azyaşlı uşağı yetim qaldı. Onu vurmazdı, məni vurardı. Bıçaqlanan adam dili ağzında olan adam deyil".
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər