Bakı Konqresində “Xəbər istehlakının gələcəyi” mövzusu müzakirə edilib
Noyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində işə başlayan Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində “Xəbər istehlakının gələcəyi” mövzusunda birinci sessiya keçirilib.
APA TV-nin məlumatına görə, sessiyaya moderatorluq edən Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) prezidenti, Böyük Britaniyanın "Press Association" agentliyinin baş icraçı direktoru Klayv Marşal bu panelin gündəliyində duran məsələlərdən danışıb. Bildirilib ki, müzakirələrin xəbər istehlakının gələcəyi ilə bağlı problemlərə yönəldildiyi bu sessiya informasiya sənayesində tələb və təklifin mütənasibliyi məsələsinə həsr olunub.
“News Corp” media şirkətinin redaktə şəbəkəsinin direktoru Alan Oakley deyib ki, bu gün xəbərlər sistemində böyük dəyişikliklər baş verib. Yeni internet qəzetləri və platformaları formalaşıb. Bütün bunlar bizim həyatımıza təsir edən xəbərləri əks etdirir.
Sessiyada həmçinin “Al-Arabiya” televiziyasının baş direktoru Turki Al-Dakhil, “Axel Springer” media şirkətinin qlobal şəbəkə departamentinin rəhbəri Romanus Otte, “Stibo Accelerator” şirkətinin direktoru Kim Svendsen və AzərTAC-ın ABŞ üzrə xüsusi müxbiri Yusif Babanlı xəbər istehlakının gələcəyi ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.
Birinci sessiyada kommunikasiya texnologiyalarının və informasiyanın ictimaiyyət tərəfindən qəbul edilməsinin yeni vasitələri, xəbərin seçilmiş və ya ümumi auditoriyaya çatdırılması yolları ilə bağlı təcrübə və fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər