Azərbaycan prezidenti Dubay Ticarət və Sənaye Palatasının sədrini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 16-da Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al-Qurairi qəbul edib.
APA TV-nin məlumatına görə, ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu vurğulayan dövlət başçısı bu ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinə səfərini və səfər zamanı ölkə rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Turizm sahəsində əməkdaşlığın önəminə toxunan prezident İlham Əliyev artıq Birləşmiş Ərəb Əmirliklərindən çoxlu sayda turistlərin ölkəmizə səfər etdiyini vurğulayıb. İqtisadi sahədə əlaqələrimizin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edən prezident İlham Əliyev bu baxımdan idxal-ixrac imkanlarının araşdırılmasının önəmli olduğunu, Azərbaycanın müvafiq qurumları tərəfindən bu sahədə fəal iş aparıldığını deyib.
Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini vurğulayan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurair qeyd edib ki, Azərbaycan çox gözəl bir diyardır və buraya gələn turistlər insanların qonaqpərvərliyinin və xoş əhval-ruhiyyəsinin şahidi olduqlarını deyirlər. O, hazırda Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının artmasını məmnunluqla qeyd edib və turizm sahəsində əlaqələrin inkişafına verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Görüşdə biznes, turizm, Azərbaycan kənd təsərrüfatı məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixrac imkanları, viza rejiminin daha da sadələşdirilməsi, sərmayə qoyuluşu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər