AMEA ilə İİTKM arasında memorandum imzalanıb
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandumun imzalama mərasimi keçirilib.
APA TV-nin məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə memoranduma toxunaraq bildirib ki, tərəflər memorandum çərçivəsində elmin kommersiyalaşdırılmasına, elmlə istehsalatın qarşılıqlı əlaqəsinin təşkilinə, birgə islahat təşəbbüsləri ilə çıxış edilməsi üzrə qarşılıqlı faydalı münasibətlər qurmağa və inkişaf etdirməyə çalışacaqlar.
Sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı “Azərbaycanda bilik iqtisadiyyatı quruculuğu və iqtisadi islahatlar” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, AMEA-nın Yüksək Texnologiyalar Parkı ölkəmizdə elmin kommersiyalaşdırılması istiqamətində atılan müsbət bir addımdır. AMEA və İİTKM arasında əməkdaşlıq ölkədə bilik iqtisadiyyatı quruculuğuna öz töhfəsini verəcək.
Sonda AMEA ilə İİTKM arasında memorandum imzalanıb. Sənədi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru, iqtisad üzrə elmlər doktoru Vüsal Qasımlı imzalayıblar.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər