Məşhur fizik: "Min ildən sonra kainat məhv olacaq"
Dünyaca məşhur alim Stiven Hokinq bəşəriyyəti qorxudan açıqlama verib.
APA TV-nin məlumatına görə, 74 yaşlı fizik professor Oksford Universitetində “Kainatın mənşəyi” adlı məruzəsində bəşəriyyətin min il sonra kainatdan tamamilə yox olacağı fikrini irəli sürüb.
“Planetdən qaçmasaq, min ili başa vuracağımıza inanmıram” deyən tanınmış fizik insanların yaşaya bilməsi üçün gələcəkdə kosmosa səfərə çıxaraq, fərqli planetlərdə məskunlaşmanın lazımlı olacağını iddia edib. Hokinq “Məncə, kosmosa getməsə, insan irqinin gələcəyi olmayacaq” deyə bildirib.
Məşhur fizikin fikrincə, insanlar böyük təhlükədədir. Dünyada yaşayış anidən meydana gələcək bir nüvə savaşı, geni dəyişdirilmiş bir virusun yaradılması və yaxud tədricən artan süni intellekt təhlükəsi səbəbindən bitə bilər.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər