Bakıda yağış, bölgələrdə qar yağacaq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, mülayim şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.

 

Havanın temperaturu gecə 7-9, gündüz 10-13 dərəcə isti olacaq. Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

 

Rayonlara arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Gündüz qərb rayonlarında yağıntı tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 4-8 isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  4-8 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR