ABŞ razılıq verdi: “PYD Menbiçi tərk edəcək”

Türkiyə ilə ABŞ arasında davam edən PYD/YPG problemi ilə bağlı Vaşinqtondan növbəti açıqlama verilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, prezident Obamanın İŞİD-lə mübarizəyə dair xüsusi müşaviri Breet MkQark PKK-nın Suriya qanadı olan PYD/YPG-nin Menbiçi tərk edəcəyini bildirib.

Bundan əlavə MkQark PYD/YPG-nin Türkiyənin istədiyi yerə - Fərat çayının şərqinə çəkiləcəyini də əlavə edib.

MkQark bu addımın Menbiçdə PYD/YPG-yə keçilən İŞİD-ə qarşı hərbi təlimlər bitdikdən sonra dərhal atılacağını deyib.

Xatırladaq ki, Türkiyənin terror təşkilatı kimi tanıdığı PYD/YPG məsələsində Ankara ilə Vaşinqton uzun zamandır razılığa gələ bilmir və münasibətlərdə soyuqluq yaranıb. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR