Bacısını qətlə yetirən şəxsin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Emin Çobanovun məhkəməsi başlayıb.
APA TV-nin məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 23-ə təyin edilib.
Qeyd edək ki, bu ilin mayında Bakının Nərimanov rayonunda Emin Çobanov münaqişə zəminində bacısı Rübabəni mübahisə zəminində bıçaqla qətlə yetirib.
Qonşular hadisənin qısqanclıq zəminində törədildiyini bildirib. Onların sözlərinə görə, gənc bacı-qardaş arasında bir müddət əvvəl gərginlik başlayıb. R.Çobanovanın evə gec gəlməsindən sonra qardaşla bacı arasındakı münaqişə daha da kəskinləşib.
Səhər tezdən qardaş və bacı arasında güclü mübahisə düşüb. Əlinə bıçaq alan bacı qardaşı hədələyib. Bu zaman əsəblərinə hakim ola bilməyən qardaş onun əlindən aldığı bıçaqla mərhuma 3 sarsıdıcı zərbə endirib.
Məlumat üçün bildirək ki, uşaqların ana və atası gözdən əlildir. Onlar gözdən əlillər üçün tikilmiş binada 1 otaqlı evdə yaşayırlar.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər