Türkiyədə iki böyük şəhərin bələdiyyə sədri həbs olundu

Türkiyədə Siirt və Tunceli bələdiyyələrinin sədrləri saxlanılıb. APA TV-nin məlumatına görə, əməliyyatlar Siirt və Tunceli Cümhuriyyət Baş Prokurorluqlarında aparılan təhqiqat çərçivəsində aparılıb.


Hər iki bələdiyyə sədri Demokratik Birlik Partiyasının üzvüdür.

 

Siirtdə səhər saatlarında keçirilən əməliyyatda bələdiyyə binasında araşdırma aparılıb. Bələdiyyə sədri Tuncer Bakırhanın evində də əməliyyat keçirilib. Tuncer Bakırhan evində yaxalanıb.

 

Tunceli Bələdiyyəsində də əməliyyat keçirilib. Sədr Mehmet Ali Bul evində aparılan araşdırmadan sonra saxlanılıb. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR