ABŞ İrana qarşı sanksiyaların müddətini 10 il artırdı

ABŞ Nümayəndələr Palatası İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib. Cəmi bir nəfər sənədin əleyhinə çıxış edib. Qanun layihəsi təsdiqlənmək üçün Konqresin yuxarı palatasına - Senata təqdim ediləcək.

 

Yeni layihə dekabrın 31-də qüvvədən düşəcək hazırkı qanunla eynidir. 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR