Neftçalada dəhşət: xəstə bacıların meyitləri tapıldı - ONLARIN SOYADI BELƏ YOXDUR
Neftçalada 65 və 62 yaşlı bacıların meyitləri yaşadıqları evdə aşkar olunub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə noyabrın 15-də saat 17.00 radələrində Neftçala şəhərinin Qoltuq yaşayış massivində, 7-ci məhəllədə qeydə alınıb.
İki bacı - 1951-ci il təvəllüdlü Gülbaxt Adgül qızının və 1954-cü il təvəllüdlü Balacaxanım Adgül qızının meyitləri yaşadıqları evdə polis əməkdaşları tərəfindən aşkarlanıb.
Xəstə bacıların heç kimi olmayıb. Uşaq yaşlarında anasız qalan bacıları ataları da atıb. Onlar bu günə kimi soyadsız yaşayıb. Şəxsiyyət vəsiqələrində də soyadları olmayıb. Bacılardan biri yataq xəstəsi (iflic) olduğundan, digər bacı özü xəstə olsa da, ona qulluq göstərib. Hər gün evdən çörək almağa çıxan bacılardan biri 5 gün olardı ki, yox idi. Bundan şübhələnən qonşular polisə məlumat verdikdən sonra onların hər ikisinin meyiti polislər tərəfindən evdə aşkar edilib.
Ehtimal olunur ki, əvvəl xəstə bacısına baxan bacı ölüb, baxımsız qalan xəstə bacı da 5-6 gün sonra ölüb.
Meyitlərin vizual müayinəsi zamanı onların üzərində zorakılıq əlamətləri aşkar olunmayıb. Tibbi ekspertizanın rəyindən sonra ölümün hansı səbəbdən baş verdiyi aydın olacaq.
Faktla bağlı Neftçala Rayon Prokurorluğu araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər