Bakıda KKTC-nin yaranmasının 33-cü ildönümü qeyd olundu

Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin yaranmasının 33-cü ildönümü qeyd olunub.

 

APA TV-nin məlumatına görə, tədbirdə millət vəkilləri, ziyalılar, dövlət və hökumət nümayəndələrinin üzvləri, media mənsubları iştirak ediblər. Mərasimə Azərbaycan və KKTC-nin dövlət himnlərinin səslənməsi ilə start verilib.

 

Daha sonra KKTC-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turqanər

deyib ki, Cümhuriyyət 1983-cü ildə öz müstəqilliyinə nail olub.

 

Diqqətə çatdırılıb ki, 33 il ərzində bütün türk dünyası daim KKTC-nin yanında olub. Ufuk Turqanər buna görə bütün türk dünyasına və xalqına öz dərin təşəkkürünü bildirib.

 

Qeyd edilib ki, türk dünyası daim bir yerdə olmalı və öz əməkdaşlığını bundan sonra da inkişaf etdirməlidir: “Biz bütün problemlərimizin birgə həllinə çalışmalıyıq”.

 

Ufuk Turqanər Ermənistan-Azərbaycan münaqişəsinə də toxunaraq, bu məsələnin tezliklə öz həllini tapacağına ümidvar olduğunu vurğulayıb. O, çıxışını “Yaşasın KKTC, Azərbaycan və Türkiyə dostluğu” ifadələri ilə sona çatdırıb.

 

Tədbir musiqi proqramı ilə davam etdirilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR