Əsəd: "Tramp bizim müttəfiqimiz ola bilər"
Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın yeni seçilən dövlət başçısı Donald Trampın Dəməşqin müttəfiqi olacağına ümid etdiyini deyib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o, bunun milyarderin Suriyada yalnız İŞİD-lə mübarizəyə diqqət ayıracağı halda, baş verəcəyini bildirib.
Portuqaliyanın dövlət televiziyasına geniş müsahibə verən Əsəd Trampın bu sözləri dilə gətirdiyini xatırladıb: "O, bir neçə dəfə Suriyanın qanuni hakimiyyətinə qarşı deyil, terrorçularla mübarizəyə güc verəcəyini bildirib. Belə olan halda Tramp müttəfiqimiz olacaq, necə ki, bizi İranı və Rusiyanı özümüzə müttəfiq hesab edirik".
Bəşər Əsəd Trampın sözünün üstündə durub-durmayacağını bilmədiyini də qeyd edib: "Mən yalnız ümid edirəm. ABŞ hakimiyyətində hamı Tramp kimi düşünəcəkmi? Media ona hansı təzyiqləri edəcək? Onlara qarşı Tramp necə dözəcək? Bütün bunlar tam pozitiv düşünməyə əsas verir".
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər