Bütün valyutalar bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 15-i ilə müqayisədə artaraq 1,7039 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8302 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1232 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.

 

Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də bahalaşıb. Hazırda 1000 rubl 26 manat 60 qəpik, 100 lirə 51 manat 80 qəpik, 100 lari isə 68 manat 64 qəpikdir.


Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR