OPEK üzvləri razılaşmaya yaxındır, neft sürətlə bahalaşır
Neft hasilatının azaldılması ilə bağlı OPEK-də danışıqların son mərhələsinin başlaması qiymətlərə pozitiv təsir edib. Səudiyyə Ərəbistanı ilə İran-İraq-Nigeriya-Liviya kvarteti arasında mövqelərin yaxınlaşdığı barədə xəbərlərdən sonra "Brent" markalı neftin qiyməti 47,09 dollara qalxıb. Bu, dünən səhər qeydə alınan qiymətlərdən 2 dollar bahadır. Neftin qəfil bahalaşmasına Donald Trampın prezident seçilməsindən sonra bazarlarda yaranmış durğunluğun ötüb keçməsi də təsir göstərib.
Birjalarda Qərbi Texas nefti də bahalaşıb. WTİ markalı neft hazırda 45,90 dollardan satılır. İki neft markası arasında qiymət fərqinin getdikcə artması bahalaşma tendensiyasının həftə boyu davam edəcəyinə işarədir. Amerika Neft İnstitutunun ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabatı qiymətləri daha da artıra bilər. Hesabatla bağlı sorğuda iştirak edən ekspertlərin əksəriyyəti ehtiyatların həcminin azalacağını düşünür. ABŞ-ın neft ehtiyatlarına dair rəsmi hesabat bu gün gecə saatlarında açıqlanacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər