4 yaşlı qızı zorlayaraq öldürən şəxsi sakinlər linc etdi - POLİS ÇARƏSİZ QALDI

Boliviyada 4 yaşlı qıza təcavüz edərək öldürməkdə təqsirli bilinən şəxs insanlar tərəfindən linc edilərək öldürülüb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, iki gün əvvəl polis ölkənin şimalındakı Reyes qəsəbəsində azyaşlı qızın meyitini aşkarlayıb.
Araşdırmalar zamanı hadisəni törətməkdə təqsirli bilinən bir nəfər saxlanılıb.

Qəsəbə sakinləri bundan xəbər tutaraq polis idarəsinə hücum ediblər. Onlar şübhəlini zorla polisin əlindən alaraq küçəyə sürükləyiblər.

Qəzəbli insanlar onu yumruq və təpik zərbələri ilə öldürdükdən sonra meyitini bir müddət ağacdan asılı vəziyyətdə saxlayıblar. Polis baş verənlər qarşısında çarəsiz qalıb.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR