Ruslar Suriyanın iki əyalətini gəmilərdən vurmağa başladı
Rusiya Suriyanın iki əyalətini bombardman etməyə başlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə şəxsən bildirib.
Zərbələr Suriya sahilləri yaxınlığında olan avidaşıyıcılar "Admiral Kuznetsov" gəmisindən endirilir. Gəmidən İŞİD terrorçularının əvvəlcədən müəyyən edilmiş mövqeləri "Bastion" raket komplekslərindən bombalanır, əlavə olaraq terrorçulara "Kalibr" qanadlı raketləri ilə zərbələr də endirilir. Əməliyyatlara nəhəng aviadaşıyıcıdan havalanan qırıcılar da qoşulub.
Sözü gedən əməliyyata həftələrlə hazırlıq görülüb.
Yeni əməliyyatda əsas hədəf terrorçuların nəzarətində olan İlib və Xoms əyalətləridir.
"Terrorçuların son iki gündə kimyəvi silah işlətməsi əməliyyatın başlanmasını labüd edib. Biz həmin terrorçuların əllərində saxladıı ərazilərə kəşfiyyat qrupları göndərmişik və kimyəvi silahın tətbiqi təsdiqlənib", - deyə rus komandanlığından bildirilib.
Putin ən etibarlı təhlükəsizlik tədbirlərinin görülməsini tapşırıb və bunu Suriyanın qorunması üçün vacib olduğunu deyib.
Şoyqu isə öz növbəsində Suriyada quraşdırılan iki C-400 VƏ C-300 raketdən müdafiə sistemlərinin fəaliyyət göstərdiyini qeyd edib və bu qurğular vasitəsi ilə nəinki Suriyanın, hətta Kipr sahillərinədək böyük bir ərazinin təhlükəsizliyinə nəzarət etməyin mümkünlüyünü xatırladıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər