Mosul yaxınlığında İŞİD üzvü sağ ələ keçirildi - YAXALANMA ANI

Mosul yaxınlığındakı Başika şəhərinin İŞİD-dən təmizlənməsi üçün başlanan əməliyyat davam edir. APA TV-nin məlumatına görə, müqavimət göstərən terrorçular təslim olmağa başlayıb.
Başikanın döyüş gedən məhəllələrindən birində mühasirəyə düşən bir terrorçu peşmərgə və koalisiya birlikləri hərbçiləri tərəfindən sağ ələ keçirilib. Onun üzərində heç bir bomba olmadığından əmin olmaq üçün terrorçuya köynəyini yuxarı çəkməsi və yerində fırlanması əmr olunub.
Təslim olan terrorçu əmrə tabe olub və üzərində heç bir partlayıcı olmadığını bildirib.
Ayaqüstü sorğu edilən terrorçu onunla birgə içəridə bir neçə terrorçunun da olduğunu, lakin onların təslim olmaq istəmədiklərini deyib.
Daha sonra İŞİD üzvü peşmərgə tərəfindən ərazidən uzaqlaşdırılıb.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR