Rüşvətlə tutulan rusiyalı nazir sərbəst buraxıldı - PUTİN ONU İŞDƏN QOVDU

2 milyon dollar rüşvət alarkən həbs edilən Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukyayev sərbəst buraxılıb. APA TV-nin Rsiya mətbuatına istinadən məlumatına görə, o, 60 gün müddətinə - yanvarın ortalarına qədər evdən kənara çıxa bilməyəcək.

Moskvanın Basmannıy məhkəməsi belə qərar çıxarıb.


Bundan əlavə Ulyukyayevə ailə üzvlərindən başqa kənar şəxslərlə real, virtual və ya hansısa rabitə vasitəsi ilə əlaqə qurmaq qadağan edilib.

Telefonla ona yalnız təcili tibbi yardıma zəng vurmağa icazə verilib. Evinin yaxınlığında gəzməyə isə o yalnız müstəntiqin icazəsi ilə çıxa bilər.

Bu arada Rusiya prezidenti Vladimir Putin Aleksey Ulyukyayevi vəzifəsindən azad edib. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR