Narkotik və silah alverçiləri ələ keçdi
Külli miqdarda narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.
APA TV-nin xəbərinə görə, Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) Şirvan şəhər sakinləri Cabbar Umudov və Kamil Cəfərovda külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş C.Umudov və K.Cəfərov 1 kiloqram çəkidə narkotik vasitə olan heroini 10 min manata satmaq istəyən zaman saxlanılıblar.
Daha bir uğurlu hesab edilən əməliyyat məlumatını Zəngilan RPŞ ilə Lənkəran Şəhər (Rayon) Polis Şöbəsi həyata keçirib. Məlumat daxil olan kimi hər iki şöbənin polis əməkdaşları Mahir Məmmədovu saxlayıblar. Məlum olub ki, Astara rayon sakini Mahir Məmmədov üzərində qanunsuz olaraq “Makarov” tipli tapança və həmin silaha məxsus bir ədəd sandıqça gəzdirirmiş.
Əməliyyat tədbirlərinin davamı olaraq M.Məmmədova həmin silah və döyüş sursatını verən həmyerlisi Şücaət Hacızadə də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər