Şirvanda “Narkomaniya, əsrin bəlasına yox deyək!” mövzusunda konfrans keçirilib
Şirvanda “Narkomaniya, əsrin bəlasına yox deyək!” mövzusunda elmi-praktiki konfrans keçirilib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən maarifləndirici əhəmiyyəti olan elmi-praktiki konfransda şəhər ümumtəhsil məktəblərinin şagird və müəllim kollektivi iştirak edib.
Tədbir iştirakçılarına narkoloq Asif Kəngərlinin narkomaniyanın dəhşətlərini əks etdirən qısametrajlı 3 pərdəli “Bəla” pyesi nümayiş etdirilib. Daha sonra polis şöbəsinin rəisi Hikmət Quliyev, şəhər prokuroru Həsən Hənifəyev və Şirvan Şəhər İcra hakimiyyətinin başçısı Mərdan Camalov çıxış ediblər. Eyni zamanda Şirvan şəhər Narkoloji Dispanserin və Regional QİÇS Mərkəzinin həkimləri çıxış edərək, narkomaniyanın statistikasından və törətdiyi bəlalardan danışıblar.
Qeyd edək ki, hazırda Şirvan şəhər Narkoloji Dispanserdə 791 nəfər narkoman qeydiyyatdadır. Son 10 ay ərzində Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi, satışı və narkotik vasitədən istifadə hallarına görə 61 fakt üzrə cinayət işi başlanılıb və onlardan bir qismi icraata yönəldilib. Dövriyyədən ümumilikdə 5 kiloqrama qədər narkotik vasitə çıxarılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər