Məhəmməd Mursi barəsində ölüm hökmü ləğv edildi

Misir məhkəməsi Misirin demokratik yolla seçilmiş və 2013-cü ildə hərbi çevriliş nəticəsində devrilmiş prezidenti Məhəmməd Mursi ilə bağlı qərar verib.

 

APA TV-nin xəbərinə görə, Misirin Kassasiya Məhkəməsi Mursiyə verilmiş ölüm hökmünü ləğv edib.

 

Məhkəmə sabiq prezident Məhəmməd Mursi ilə yanaşı, “Müsəlman qardaşları” hərəkatının bir sıra rəhbərliyi haqqında da ölüm hökmünü ləğv edib.

 

Qeyd edək ki, 2014-cü ildə Misir məhkəməsi Məhəmməd Mursinin və “Müsəlman Qardaşları” hərəkatının daha 35 üzvünün ölüm hökmünə məhkum edilməsi barədə qərar qəbul edib.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR