"Sovetski" və ətrafında geniş yenidənqurma və abadlıq işləri aparılır
Azərbaycan prezidentinin sərəncamlarına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazinin 26 hektarında, Füzuli meydanından Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yollar genişləndirilir, inşaat və abadlıq işləri aparılır.
“Azəravtoyol” ASC-dən APA TV-yə verilən məlumata görə, bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.
Məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasıdır.
Sözügedən ərazilərdə “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 6.1 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nərimanov prospektində aparılır. Küçələr həm genişləndirilir, həm də geniş piyada səkiləri inşa edilir.
Yenidən qurulan küçələrdə mühəndis-kommunikasiya xətləri (su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə) dəyişdirilərək müasir tələblər səviyyəsində qurulur. Bu küçələrdə yeni işıqlandırma sistemləri qurulacaq, bunun üçün 220 ədəd işıq dirəyinin istifadə ediləcək.
Bundan başqa, ictimai nəqliyyat üçün 14 ünvanda “cib”liyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, yol nişanlarının və məlumat verici lövhələrin quraşdırılması, habelə yol-cizgi, yolgöstərici xətlərinin çəkilməsi işləri də nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər