Yağışlar qayıdır - XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında noyabrın 16-da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi  əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 8-10 dərəcə isti, gündüz 10-13 dərəcə isti, Bakıda gecə 8-10 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.

 

Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  5-9 dərəcə isti olacağı gözlənilir.

 

Noyabrın 16-dan 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi,  arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR