Aİ dilemma qarşısında: ABŞ-sız necə müdafiə olunmalı?
Avropa İttifaqının silahlı qüvvələrinin birləşməsi məsələsi heç vaxt olmayan qədər aktuallaşıb.
APA TV-nin xəbərinə görə, Donald Trampın ABŞ-ın NATO-dan çıxacağına dair təbliğat-təşviqat kampaniyası zamanı bəyanatlar səsləndirməsindən sonra Avropa liderləri yaxın gələcəkdə müdafiə üçün daha çox pul xərcləyəcəklərini düşünür. Avropa İttifaqına üzv olan ölkələrin xarici işlər nazirlərinin toplantısında Aİ-nin təhlükəsizliyinin qorunması müzakirə olunub.
Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini bildirib ki, söhbət Avropa İttifaqında hər hansı idarə orqanlarının və ərazi müdafiə qüvvələrinin yaradılmasından gedir: "Bunun üçün NATO, ittifaq əlaqələri, milli ordu var. Burada söhbət NATO ilə rəqabətdən və onun funksiyalarının dublikasiyasından getmir".
Bununla belə, qurum hələ ki, Aİ ordusunun yaradılmasını nəzərdə tutmur. Amma Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker gec və ya tez bu cür təşkilatın yaradılmasının qaçılmaz olduğunu deyib. Bu cür hərbi strukturlu layihənin gələn ilin ortalarında razılaşdırılması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər