Ərdoğan Qərbə səsləndi: "Bu millətin taleyi sizin əlinizdə deyil"

Türkiyədə məsələsi Avropa Birliyinin Xarici İşlər Nazirlərinin toplantısında müzakirə olunub.

 

APA TV-nin xəbərinə görə, Avstriya istisna olmaqla, Avropa İttifaqına digər üzv ölkələrin xarici işlər nazirləri Türkiyənin quruma üzvlük məsələsinin müzakirəsinin davam etdirilməsini dəstəkləyiblər.

 

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini iclasın yekununa dair keçirdiyi mətbuat konfransında deyib ki, Türkiyədə son vaxtlar baş verənləri tənqid edəcəklər. O, eyni zamanda vurğulayıb ki, Aİ Türkiyə ilə quruma üzvlük məsələsini davam etdirməlidir. 

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Avropa Parlamentinin sədri Matrin Şultsun "edam ləğv edilərsə, Türkiyə Avropa İttifaqına üzv olar" sözlərinə sərt reaksiya verib: "Qərb deyir ki, bizə edam olmaz. Ey Qərb, bu millətin taleyi sizin əlinizdə deyil. 53 ildir ki, Türkiyəni Avropa İttifaqının qapısında gözlədənlər necə bunu söyləyə bilərlər? Sən, Avropa Parlamentinin rəhbəri, kimsən axı? Siz öz parlamentinizi terror təşkilatlarından təmizləyin, sonra danışarıq".

 

Ərdoğan Türkiyənin quruma üzvlüyünün referenduma çıxarıla biləcəyini bəyan edib.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR