İraq parlamenti Türkiyəni hərbi müdaxilə ilə hədələdi

İraq parlamentində Başikadakı türk ordusuna qarşı hərbi əməliyyat keçiriləcəyi bildirilib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Ankara ilə Bağdad arasında Başika problemini həll etməyə yönələn diplomatik yollar axtarılarkən İraq parlamenti Türkiyəni təhdid edib.


Parlamentin Müdafiə komitəsinin üzvü Muvaffak əl-Rubai hərbi əməliyyat keçiriləcəyini deyib.

 

İraqın tanınmış siyasətçilərindən olan əl-Rubai parlamentin bir müddət əvvəl Mosulun sərhədlərini qorumağa və xarici müdaxilənin qarşısını almağı nəzərdə tutan qərar qəbul etdiyini qeyd edib.

 

"Türkiyəni fikrindən döndərmək üçün bütün diplomatik yollar tükənsə, İraq hökuməti, Ankaranın ölkənin suverenliyinə istiqamətli təcavüzlərinə durdurmaq məqsədi ilə hərbi müdaxilə olacaq", - deyə o əlavə edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR